"Olimpiakos"un iki əsas futbolçusu zədələndi

"Olimpiakos"un iki əsas futbolçusu zədələndi
XƏBƏR 28 Sentyabr 2022 / 11:22 2263
-  A +

Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını "Qarabağ"a qarşı keçirəcək Yunanıstanın "Olimpiakos" klubunun iki əsas futbolçusu zədələnib.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki. Çexiya millisində çıxış edən qapıçı Tomaş Vatslik Millətlər Liqasının 6-cı turunda İsveçrə ilə oyunda sıradan çıxıb.

Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib. Hvan Uy Co mətbuata verdiyi açıqlamada bildirib ki, onda əzələ ağrısı var və müalicəyə düzgün yanaşsa, tezliklə sıraya dönəcək. Bu futbolçuların "Qarabağ"da oyunda iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında növbəti görüş isə oktyabrın 13-də Bakıda olacaq. 


Son xəbərlər
topaz banner