10 oyuna cəmi 1 qol

10 oyuna cəmi 1 qol
XƏBƏR 28 Sentyabr 2022 / 10:44 2049
-  A +

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun uğursuz çıxışları davam edir.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə keçirdiyi 10 oyuna cəmi 1 qol vurub. O, yeganə qolunu Avropa Liqasının qrup mərhələsində Moldova "Şerif"inin qapısına penaltidən vurub.

Qeyd edək ki, ötən gecə İspaniya ilə qarşılaşan Portuqaliya millisi 0:1 hesabı ilə uduzub. Ronaldonun komandası 10 xalla qrupda ikinci olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner