Millinin sabiq futbolçusu karyerasını bitirdi

Millinin sabiq futbolçusu karyerasını bitirdi
XƏBƏR 28 Sentyabr 2022 / 00:17 2873
-  A +

İngiltərə millisinin və "Mançester Siti"nin sabiq futbolçusu Fabian Delf karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi özü açıqlamasında bildirib. O deyib:

“Beləliklə, bu gün karyeramı başa vurduğumu elan edirəm. Ailəmə, dostlarıma, komanda yolaşlarıma və təmsil etmək imtiyazına malik olduğum gözəl klubların əməkdaşlarına böyük təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Fabian 2014-2019-cu illərdə İngiltərə millisində oynayıb. O, 2015-2019-cu illərdə "Mançester Siti"nin formasını geyinib. Delf karyerası ərzində "Everton", "Lids Yunayted", "Aston Villa" kimi komandalarda da çıxış edib.


Son xəbərlər
topaz banner