"Fənərbaxça" azarkeşləri derbiyə buraxılmayacaqlar

"Fənərbaxça" azarkeşləri derbiyə buraxılmayacaqlar
XƏBƏR 27 Sentyabr 2022 / 17:25 2733
-  A +

Türkiyə Ssuperliqasının 8-ci turunda keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" oyununu qonaq komandanın azarkeşləri stadiondan izləyə bilməyəcəklər.

Qol.az xəbər verir ki,  bu barədə "Beşiktaş" klubu açıqlama yayıb. Aparılan danışıqlardan sonra İlçe İdman Təhlükəsizlik Şurası "Fənərbaxça" fanatlarının derbidə iştirak etməməsi qərarına gəlib. Klublar isə bunun üzərində razılaşıblar. Ona görə də "Vodafon Park" stadionunda keçiriləcək görüş üçün qonaq komanda azarkeşlərinə görə nəzərdə tutulan biletlər "Beşiktaş" tərəfdarlarına satılacaq.

Bildirilir ki, mövsümün ikinci yarısında oynanılacaq "Fənərbaxça" - "Beiktaş" matçına "Beşiktaş" fanatlarının buraxılmayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq