"Qarabağ"la oyunu buraxacaq

"Qarabağ"la oyunu buraxacaq
XƏBƏR 26 Sentyabr 2022 / 17:28 2103
-  A +

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqibi "Olimpiakos"un futbolçusu Panayotis Retsos zədələnib.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi əvəzedici komanda ilə yoxlama matçında sıradan çıxıb. O, 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Retsos Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Ağdam təmsilçisi ilə görüşü buraxacaq. 

Qeyd edək ki, oktyabrın 6-da Yunanıstanda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı