"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun telefonunu sındırdığı 14 yaşlı autizmli uşağın anası Sara Kelli oyunçunun cəzalandırılmasını istəyir.
Qol.az xəbər verir ki, o, bu barədə "Mirror"a açıqlamasında bildirib. Sara Kelli deyib:
"Ümid edirəm ki, o, sonda düzgün cəzanı alar. Bu davranış qəbuledilməzdir. Məsələnin 6 ay əvvəl həll olunması lazım idi. Oğlum hər gün başına gələnləri danışır. Telefonu hələ də geri gəlməyib. Ronaldo telefonun təmiri üçün pul verməli idi. Bütün bunlara səbəb olan odur. Məni təəccübləndirir. Bir uşağa hücum edə bilir və sonra da həyatına normal şəkildə davam edir. Balaca bir azarkeşə yaşatdığı problemi bilərək gecələr necə yata bilir?".
Qeyd edək ki, Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 yaşlı oyunçu fanatın əlini itələyən vaxtı telefon yerə düşüb və sınıb. Ronaldo hadisəyə görə üzr istəyib və onu matça dəvət edib. Qarşı tərəf isə bunu qəbul etməyib. Mersisayd polisi sınan telefonun təmirini maliyyələşdirib.
Volkanı Metin əvəzlədi
18 ildən sonra
Jardim istefa verdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video