Yankoviç və Veşoviç Millətlər Liqasında oynadılar

Yankoviç və Veşoviç Millətlər Liqasında oynadılar
XƏBƏR 24 Sentyabr 2022 / 13:59 6746
-  A +

"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasında növbəti oyunlarına çıxıblar.

Qol.az xəbər verir ki, onlar UEFA Millətlər Liqasında 5-ci turunda səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıblar. Görüş ev sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb - 1:0. Yankoviç və Veşoviç bu matçda iştirak edib. Hər iki oyunçu start heyətdə meydana çıxıb. Yankoviç 81-ci dəqiqədə əvəzlənibə, Veşoviç isə sona qədər oynayıb.

Monteneqro millisi bu nəticə ilə A Liqasına yüksəlmək şansını itirib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner