"Çox qorxuram, parçalanmış təyyarədəyəm"

"Çox qorxuram, parçalanmış təyyarədəyəm"
XƏBƏR 22 Sentyabr 2022 / 15:12 4377
-  A +

2019-cu ildə təyyarə qəzası nəticəsində həyatını itirən futbolçu Emiliano Salanın son səs yazısı ortaya çıxıb.

Qol.az BBC-yə istindən xəbər verir ki, 28 yaşındaykən dünyasını dəyişən Sala son olaraq bu sözləri deyib:

"Hazırda parçalanırmış kimi görünən təyyarədəyəm. Məndən xəbər almasanız, kimsə məni axtararmı, bilmirəm. Çünki məni tapa bilməzlər. Çox qorxuram".

Qeyd edək ki, argentinalı hücumçu “San Martin”in yetirməsi olub.2019-cu ilin yanvar ayında Fransanın “Nant” klubundan “Kardif Siti”yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner