Türkiyəli keçmiş FİFA köməkçi hakimləri Bahattin Duran və Tarık Ongun Azərbaycanda seminar keçirəcəklər.
Qol.az hürriyet.com-a istinadən xəbər verir ki, bu, onların karyeralarındakı ilk hakimlik seminarı olacaq. AFFA-nın dəvəti ilə 25-27 sentyabr tarixlərində keçiriləcək Hakim Hazırlığı Seminarında köməkçi hakimlərə dərslər veriləcək.
İyun ayında aktiv hakimlik karyerasını başa vuran Bahattin Duran və Tarık Ongun isə öz açıqlamalarında seminarla bağlı bu sözləri deyiblər: "Hakimlik karyeramız boyu meydanda və meydandan kənarda öyrəndiklərimizi və qazandığımız təcrübəni hakim dostlarımıza ötürməyimizin vaxtı gəldi".
Qeyd edək ki, Bahattin Duran və Tarık Ongun karyeraları ərzində Cüneyt Çakır ilə birlikdə 2 dəfə dünya çempionatında, 3 dəfə isə Avropa çempionatında yer alıblar. Onlar 2 ayrı dünya çempionatında 2 yarımfinal, 1 Avropa çempionatında isə 1 yarımfinal görüşlərini idarə ediblər. Bahattin Duran və Tarık Ongun 2015-ci ildə Berlindəki Çempionlar Liqası finalında ("Yuventus" - "Barselona") və 2012-ci ildə FİFA klublararası dünya çempionatının həlledici görüşündə ("Çelsi" - "Korintians") vəzifələrini icra ediblər. Bu hakimlər birlikdə karyeraları ərzində 3 qitədə, 38 ölkədə ümumilikdə 366 matça təyinat alıblar.
Bahattin Duran 20 il FİFA köməkçi hakimi kimi çalışıb. Tarık Ongun isə 2000-ci ildən başladığı hakimlik karyerasında 15 il FİFA köməkçi hakimi vəzifəsini icra edib.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi