Naqelsmanndan narazıdırlar

Naqelsmanndan narazıdırlar
XƏBƏR 21 Sentyabr 2022 / 21:51 2018
-  A +

"Bavariya"nın futbolçuları və rəhbərliyi komandanın baş məşqçisi Yulian Naqelsmanın davranışlarından narazıdırlar.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssisin matçlardan sonra ünsiyyət tərzi futbolçuları qane etmir. Belə ki, Yulian bəzən özünə ayrı-ayrı idmançıları tənqid etməyə icazə verir. Klub rəhbərləri də öz növbəsində onun rəsmi oyunlar üçün yanlış paltar seçdiyinə inanırlar.

Qeyd edək ki, "Bavariya" Naqelsmannın baş məşqiliyi altında Bundesliqanın son 4 görüşündə qələbə qazana bilməyib. Münhen klubu 3 oyunda heç-heçə edib, 1 matçda uduzub. Komanda hazırda turnir cədvəlində 12 xalla 5-cidir.

Xatırladaq ki, Naqelsmann 2021-ci ildən "Bavariya"nı çalışdırır.

Daha çox


Son xəbərlər
topaz banner