Milan Şkrinyar: "Azərbaycanla oyunda taktiki gedişlər bizə lazım ola bilər"

Milan Şkrinyar: "Azərbaycanla oyunda taktiki gedişlər bizə lazım ola bilər"
XƏBƏR 21 Sentyabr 2022 / 21:21 1272
-  A +

"Məşqçi bizim hərəkətli olmağı, çox qaçmağı tapşırıb. Bu, bəzi oyunçular üçün yenilikdir".

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin futbolçusu Milan Şkrinyar sabah Millətlər Liqasının 5-ci turunda Azərbaycanla keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. O, görüş haqqında söyləyib:

“Çox sayda taktiki gedişlərimiz var. Biz onların hamısının üzərində çalışmışıq. Çünki bütün bunlar bizə lazım ola bilər”.

Şkrinyar millinin yeni baş məşqçisi Françesko Kalzona ilə anlaşa bildirklərini də deyib: “Yeni məşqçi ilə anlaşmada problem yoxdur. Tərcüməçi kömək edir. Onun işi çox olanda biz – İtaliyada oynayan futbolçular tərcümədə futbolçulara yardımçı oluruq".

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner