Kannavaronun yeni klubu

Kannavaronun yeni klubu
XƏBƏR 21 Sentyabr 2022 / 18:35 2636
-  A +

İtaliyalı məşqçi Fabio Kannavaronun yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, mütəxəssis İtaliyanın 2-ci liqasında mübarizə aparan "Benevento"nu çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanıb.

Qeyd edək ki, Fabionun son iş yeri Çin millisi olub. O, 2019-cu ildə bu komandanı çalışdırıb.

Daha çox


Son xəbərlər
topaz banner