"Azərbaycan millisinə qalib gəlməliyik"

"Azərbaycan millisinə qalib gəlməliyik"
XƏBƏR 21 Sentyabr 2022 / 18:14 3005
-  A +

Slovakiya millisinin baş məşqçisi Françesko Kalzona sabah Millətlər Liqasında Azərbaycan yığması ilə keçirəcəkləri matç barədə danışıb.

Qol.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“Bizi ağır oyun gözləyir. Azərbaycan millisi çox yaxşı komandadır. Rəqibimiz yaxşı təşkil olunmuş kollektivdir. Heyətində yaxşı futbolçular var. Bu komandada italiyalı məşqçinin əli hiss olunur. Taktiki baxımdan çox yaxşıdırlar. Biz səbirli oyun nümayiş etdirib bu qarşılamada qalib gəlməliyik”.

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner