"Sürix" baş məşqçisi ilə yolları ayırdı

"Sürix" baş məşqçisi ilə yolları ayırdı
XƏBƏR 21 Sentyabr 2022 / 13:40 2414
-  A +

Bu mövsüm Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən olmuş "Sürix" baş məşqçisi Franko Foda ilə yollarını ayırıb.

Qol.az İsveçrə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Komandanın uğursuz çıxışlarına görə almaniya mütəxəssis istefaya göndərilib. Onun müqaviləsi 2024-cü ilə qədər idi

"Sürix" İsveçrə Superliqasında bu mövsüm 8 oyunun heç birində qalib gələ bilməyib və cəmi 2 xalla 9-cu pillədədir..

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə ( 3:2;2:2) əsasən "Sürix"i mübarizədən kənarlaşdırıb.

Daha çox


Son xəbərlər
topaz banner