"Həm özüm, həm də "Turan Tovuz" üçün uğurlu mövsüm gözləyirəm"

"Həm özüm, həm də "Turan Tovuz" üçün uğurlu mövsüm gözləyirəm"
XƏBƏR 21 Sentyabr 2022 / 10:34 2236
-  A +

Cənubi Afrika Respublikası millisinə dəvət alan "Turan Tovuz"un futbolçusu Siyanda Xulu ölkəsinin mətbuatına açıqlama verib.

Qol.az xəbər verir ki, müdafiəçi Azərbaycan klubuna keçidi haqda fikirlərini bildirib:

"Bu yaşda Cənubi Afrikaya qayıtmaq fikrim yox idi. "Hapoel"lə müqaviləm ləğv edilsə də, Avropada oynamaq istəyirdim. Yeni yer tapdığım üçün çox xoşbəxtəm. Bu, asan olmayacaq. Mənim üçün yeni mühit, liqa və mədəniyyədir. Həm özüm, həm də klubum üçün uğurlu mövsüm gözləyirəm".

Qeyd edək ki, Xulu bu ilin yayında "Turan Tovuz"la 1 illik müqavilə imzalayıb. 

Daha çox


Son xəbərlər
topaz banner