Futzal millimiz yenə Qazaxıstana uduzdu

Futzal millimiz yenə Qazaxıstana uduzdu
XƏBƏR 20 Sentyabr 2022 / 18:04 2291
-  A +

Futzal üzrə dünya çempionatının seçmə qrup mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Qol.az xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan seçməsi olub.

Qarşılaşma yığmamızın 5:6 hesablı məğlubiyyəti ilə bitib. Yığmanın qollarını De Angelis Conatan, Rafael Vilela (3) və qapıçı Emin Kürdov vurub.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün bu rəqibə 3:5 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
topaz banner