İkinci dəfə "Olimpiakos"a baş məşqçi təyin olunur

İkinci dəfə "Olimpiakos"a baş məşqçi təyin olunur
XƏBƏR 20 Sentyabr 2022 / 14:49 4592
-  A +

Xose Miçel "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un baş məşqçisi olacaq.

Qol.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. İspan mütəxəssislə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, X.Miçel 2013-2015-ci illərdə Yunanıstan təmsilçisini çalışdırıb və komanda ilə 2 dəfə ölkə çempionu olub. O, son olaraq ötən il "Xetafe"nin baş məşqçisi vəzifəsində işləyib.

Xatırladaq ki, “Olimpiakos”   Yunanıstan çempionatının 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçisi Karlos Korberanı istefaya göndərib.

Daha çox


Son xəbərlər
topaz banner