Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq

Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq
XƏBƏR 20 Sentyabr 2022 / 14:13 4174
-  A +

Azərbaycan millisi daha bir yoxlama oyunu keçirəcək.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək. Görüş noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da olacaq. Bildirilir ki, oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, millimiz noyabrın 16-sı da yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda Kişineudakı "Zimbru" stadionunda Moldova yığması ilə görüşəcək.

Daha çox


Son xəbərlər
topaz banner