"Ten Haq "Yunayted"ə nizam-intizam gətirdi"

"Ten Haq "Yunayted"ə nizam-intizam gətirdi"
XƏBƏR 20 Sentyabr 2022 / 14:06 2003
-  A +

"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş komandanın baş məşqçisi Erik ten Haq haqqında danışıb.

Qol.az "The Atletic"ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 52 yaşlı mütəxəssisin üslubunu və qaydalarını bəyəndiyini deyib:

“Ten Haqın öz fikri, üslubu var. Onun qaydalarına əməl etməlisiniz. Ten Haq bu barədə sərtdir və mən belə şeyi sevirəm. O, bizə klubda çatışmayan nizam-intizamı gətirdi. Hamı eyni dalğa ilə hərəkət etməlidir".

Qeyd edək ki, Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"də oynayır. Portuqaliyalı futbolçu bu mövsüm Premyer Liqada və Avropa Liqasında ümumilikdə 8 oyunda 1 qol vurub və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, Ten Haq bu yaydan etibarən "Mançester Yunayted"i çalışdırır.

Daha çox


Son xəbərlər
topaz banner