Simeone "Atletiko"nun tarixinə düşdü

Simeone "Atletiko"nun tarixinə düşdü
XƏBƏR 19 Sentyabr 2022 / 11:06 4020
-  A +

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klub tarixində yeni rekorda imza atıb.

Qol.az La Liqanın Tvitter hesabına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis Madrid təmsilçisinin çalışdırıcısı olaraq 408-ci oyununu keçirib. O, ötən gün komandasını ölkə çempionatının 6-cı turunda "Real"la matça (0:0) çıxarıb.

Simeone "Atletiko"da ən çox oyun keçirən baş məşqçi kimi Luis Araqonesin rekordunu (407 matç) qırıb və klub tarixinə düşüb.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır və bu müddət ərzində onun komandası 248 La Liqa matçında qalib gəlib. Araqones isə 1974-1980, 1982-1987, 1991-1993 və 2001-2003-cü illərdə İspaniya klubunun baş məşqçisi olub. Onun hesabında 194 qələbə var.

Daha çox


Son xəbərlər
topaz banner