"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi

"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi
XƏBƏR 19 Sentyabr 2022 / 08:56 5273
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın  rəqiblərindən olan "Olimpiakos" baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

Qol.az Yunanıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis yerli çempionatın 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı mütəxəssis avqust ayında Pirey təmsilçisinə baş məşqçi təyin edilmişdi. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner