"Qarabağ"ın rəqiblərindən 1-i uduzdu, 2-i heç-heçə etdi

"Qarabağ"ın rəqiblərindən 1-i uduzdu, 2-i heç-heçə etdi
XƏBƏR 19 Sentyabr 2022 / 00:07 4486
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Olimpiakos", "Frayburq" və "Nant" öz ölkələrinin çempionatlarında növbəti oyunlara çıxıblar.

Qol.az xəbər verir ki, "Olimpiakos" Yunanıstan çempionatının 5-ci turunda "Aris"in qonağı olub və 1:2 hesabı ilə uduzub. Pirey təmsilçisi hazırda 8 xalla 5-ci pillədə qərarlaşıb.

"Frayburq" Almaniya Bundesliqasının 7-ci turunda səfərdə "Hoffenhaym"la qolsuz bərabərə qalıb. Komanda 7 turdan sonra 14 xalla 3-cü pillədədir.

"Nant" isə 8-ci turda evdə "Lans"la heç-heçə edib və hazırda 7 xalla 15-ci pillədə qərarlaşıb.

18 sentyabr

Yunanıstan çempionatı, 5-ci tur

"Aris" - "Olimpiakos" - 2:1
Qollar:
Masouras, 15 (0:1), Mançini, 76 (1:1), Palma, 80 (2:1)

Almaniya Bundesliqası, 7-ci tur

"Hoffehaym" - "Frayburq" - 0:0

Fransa Liqa 1, 8-ci tur

"Nant" - "Lans" - 0:0

Daha çox


Son xəbərlər
topaz banner