Azərbaycan gimnastlarından ilk nailiyyət

Azərbaycan gimnastlarından ilk nailiyyət
XƏBƏR 18 Sentyabr 2022 / 18:35 970
-  A +

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatı başa çatıb.

Qol.az xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası bürünc medal qazanıb.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv 3 lent və 2 topla hərəktlərdə 30.750 xal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir.

Daha çox


Son xəbərlər
topaz banner