Mahir Emrelinin komandasından növbəti qələbə

Mahir Emrelinin komandasından növbəti qələbə
XƏBƏR 18 Sentyabr 2022 / 21:50 9508
-  A +

Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” bu gün  Xorvatiya çempionatında 10-cu tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Zaqreb təmsilçisi "Lokomotiva"nın  qonağı olub və 2:1 hesablı qələbə qazanıb. "Dinamo"nun qollarını 6 və 47-ci dəqiqələrdə müvafiq olaraq Adami və Petkoviç vurub. Mahir matçın 90-cı dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, 10 turdan sonra 28 xal toplayan "Dinamo" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner