"Qarabağ"la oyundan sonra futbolçularda məyusluq və qəzəb var"

"Qarabağ"la oyundan sonra futbolçularda məyusluq və qəzəb var"
XƏBƏR 18 Sentyabr 2022 / 09:19 4348
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın baş məşqçisi Antuan Kambuare Fransa Liqa 1-in 8-ci turunda "Lans"la oyun öncəsi mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, Avroliqada 2-ci turda Ağdam təmsilçisinə 0:3 hesabı ilə uduzduqları matçı təhlil və müzakirə etdiklərini deyib: "Qarabağ"la oyundan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik. İndi diqqətimizi "Lans"la matça yönəltmişik. Gözəl oyun nümayiş etdirmək istəyirik".

Qeyd edək ki, bu gün keçiriləcək "Nant" - "Lans" görüşü Bakı vaxtı ilə saat 19:05-də başlayacaq. 


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner