"Netflix" şirkəti sabiq futbolçu Luiş Fiqunun 2000-ci ildə "Barselona"dan "Real"a qalmaqallı transferindən bəhs edən sənədli film çəkib.
Qol.az xəbər verir ki, bu barədə platformanın sosial şəbəkə hesablarında məlumat yayılıb. Filmin təqdimatı avqustun 25-də olacaq.
Filmin ərsəyə gəlməsində "Real"ın prezidenti Florentino Peres, "Barselona"nı sabiq prezidenti Joan Qaspar, Fiqunun sabiq komanda yoldaşı Xosep Qvardiola, Fernando Yerro, Roberto Karlos və Fiqunun özünün iştirak etdiyi bildirilib. Layihənin rejissorları isə David Tiorn və Ben Nikolasdır.
Qeyd edək ki, Fiqu 2000-ci ildə 62 milyon avroya "Barselona"dan "Real"a keçib. Bu, Kataloniya təmsilçisinin azarkeşlərinin mənfi reaksiyalarına səbəb olub.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır
Superliqa klubu 2 futbolçusunu göndərdi
FİFA Azərbaycan futbolunu bütün dünyaya yayımlayacaq
"Qarabağ"ın rəqibi təcili oyunçu axtarır
DÇ-2026-nı hər kəs izləyə bilməyəcək - ABŞ-dan şok qərar