Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçirilib.
Qol.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkib. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya).
Püşkün nəticələrinə əsasən, 8 qrupun tərkibi aşağıdakı kimidir:
A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland
B qrupu
İngiltərə
İran
ABŞ
Şotlandiya /Ukrayna - Uels cütünün qalibi
C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa
D qrupu
Fransa
Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi
Danimarka
Tunis
E qrupu
İspaniya
Almaniya
Yaponiya
Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi
F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya
G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun
H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya
Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
Əlavə edək ki, qrup mərhələsinin oyunları noyabrın 21-dən dekabrın 2-dək, 1/8 final 3-6 dekabr, 1/4 final 9-10 dekabr, 1/2 final 13-14 dekabr, 3-cü yer uğrunda görüş 17 dekabr, final isə18 dekabrda keçiriləcək.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi