Misir milli komandası DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməyib.
Qol.az-ın xəbərinə görə, Seneqala qarşı səfərdəki “pley-off”un cavab matçında ərəblər uduzublar (penaltilər seriyasında 1:3. Cavab görüşü 0:1, ilk matç 1:0).
Qeyd edək ki, təkrar qarşılaşmada seneqallı azarkeşlərin rəqib oyunçulara lazerlə təzyiq etməsi narazılığa səbəb olub. Xüsusən bu hal penaltilər seriyası zamanı daha da artıb.

Seneqallılar Misirin ilk penaltisini vurmağa hazırlaşan Salaha da lazerlə hücum ediblər. Bu psixoloji təzyiq ona gətirib çıxarıb ki, “Liverpul”un hücumçusunun vurduğu zərbə dəqiq olmayıb.
Ötən ilin sentyabrında Misir millisinin baş məşqçisi vəzifəsinə təyin edilən portuqaliyalı Karluş Keyroş matçdan sonra istefa verdiyini açıqlayıb.

Misir Futbol Federasiyası isə görüşdən sonra yaydığı açıqlamada lazerli hücumla bağlı şikayət etməsə də, Məhəmməd Salahın irqçi şüarlarla üzləşdiyini bəyan edib. Həmçinin oyundan öncə bəzi seneqallı azarkeşlərin Misir millisinin avtobusuna hücum etdiyi, oyun zamanı meydana yad əşyalar atıldığı bildirilib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı