Mbappe qərarını nə vaxt açıqlayacaq?

Mbappe qərarını nə vaxt açıqlayacaq?
DÜNYA FUTBOLU 25 Yanvar 2022 / 16:08 1936
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe klubuna və "Real"a gələcəyi ilə bağlı hansı qərarı verdiyini söyləməyib.

Qol.az "Get French Football News"a istinadən xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının 1/8 finalında bu klublar arasında keçiriləcək oyunun nəticəsini gözləyəcək və yalnız bundan sonra hansı klubla müqavilə bağlayacağı barədə məlumat verəcək.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi yayda başa çatır. Onun artıq yeni klubu ilə ilkin müqavilə bağlamaq hüququ var.

Fransız futbolçunun artıq “Real"a  pulsuz transferlə keçməyə razı olduğu, lakin sonra onun PSJ ilə qısamüddətli müqavilə bağlaya biləcəyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 15-i, cavab görüşü isə martın 10-u keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı