Kolarov "İnter"lə müqaviləsini ləğv etdi

Kolarov "İnter"lə müqaviləsini ləğv etdi
DÜNYA FUTBOLU 24 Yanvar 2022 / 11:26 1527
-  A +

"İnter"in futbolçusu Aleksandar Kolarov karyerasını başa vurur.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi Milan təmsilçisi ilə bu ilin iyununa kimi olan müqaviləsini ləğv edib.

Onun "İnter"də qalaraq məşqçi kimi çalışmaq istədiyi bildirilir.

Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü "Latsio", "Mançester Siti" və "Roma" kimi klublarda da oynayıb. O, bu mövsüm "İnter"də bütün yarışlarda cəmi 4 matça çıxıb.


Son xəbərlər