Acunun klubundan qələbə

Acunun klubundan qələbə
DÜNYA FUTBOLU 22 Yanvar 2022 / 21:30 5893
-  A +

TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubu Çempionşipdə 27-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda səfərdə "Bornmut"la qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bornmut" - "Hall Siti" - 0:1
Qol
: Lonqman, 77

Bu qələbə ilə xalını 29-a yüksəldən "Hall Siti" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Bornmut" isə 49 xalla 2-cidir. Siyahıya 57 xalla "Fulhem" başçılıq edir.


Son xəbərlər