UEFA Fransada idman yarışlarında koronavirusla bağlı tətbiq olunan qaydalarla əlaqədar bəyanat verib. Bu qayda futbol üzrə Avropa kuboklarına da aiddir. Qərara əsasən, Fransada qonaq olacaq əcnəbi komandaların hər bir üzvü ən azı 2 dəfə vaksinasiyadan keçməlidir.
Gələn ay Fransada Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lill” - “Çelsi” (İngiltərə), PSJ – “Real” (Madrid, İspaniya) və Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” – “Qarabağ” (Azərbaycan) oyunları keçirilməlidir.
Qol.az-ın xəbərinə görə, UEFA yaydığı açıqlamada bildirib ki, qitənin ali futbol qurumu Avropada klub turnirlərinin bərpası ərəfəsində bütün maraqlı tərəflərlə əlaqədədir: “Hər bir öldəkə nəzərdə tutulan oyun həmin dövlətin müvafiq qurumlarının müəyyənləşdirdiyi qaydalar çərçivəsində keçirilməlidir. Hər bir klub oyunların keçiriləcəyi ölkənin qaydalarına riayət etməlidir”.
Bununla yanaşı, UEFA onu da bildirib ki, hazırda koronavirusla əlaqədar xüsusi qaydalar üzrə üzərində iş gedir. Bu qayda pley-off matçları ilə bağlı əlavə tövsiyələr verə bilər.
ESPN-nin xəbərinə görə, “Lill” – “Çelsi” və PSJ – “Real” matçları neytral meydanlarda keçirilə bilər. UEFA-nın koronavirusla bağlı tələbinə əsasən, meydan sahibi komanda əlavə ev meydanı olaraq neytral ölkənin arenasını göstərməlidir.
Qeyd edək ki, “Çelsi” və “Real”ın bir çox oyunçusunun hələ də vaksinasiyadan keçmədiyi bildirilir.
“Marsel” – “Qarabağ” oyununa gəlincə, bu görüşün neytral meydanda keçirilməsi ehtimalı demək olar ki, yoxdur. Ağdam klubunun mətbuat xidmətindən bir müddət əvvəl Qol.az-a bildirilib ki, komandanın demək olar bütün oyunçuları hər iki dozada peyvənd olunub.
Xatırladaq ki, "Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Veledrom" stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda oynanılacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı