Futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev bu gün Belçika yığmasına qarşı keçirdikləri yoxlama oyununu (3:5) şərh edib.
Qol.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Dünən Belçikaya gəldik, bu gün isə yoxlama oyunu keçirdik. Bu Avropa çempionatının final mərhələsinə hazırlıq baxımından sonuncu oyunumuz idi. Matça gələn ərəfədə heç də yaxşı xəbər almadıq. İki futzalçımızın COVİD-19 testi pozitiv çıxdı. Əlbəttə, oyunöncəsi bu cür xəbərlə qarşılaşmaq istər-istəməz psixoloji gərginlik yaratdı. Həm də oyun planımız pozuldu, meydana tam heyətlə çıxa bilmədik. Başlanğıc uğursuz alındı. Tam hazır olmadığımıza görə, həyəcan var idi. Bura hakimlərin qeyri-ədalətli qərarlarını da əlavə edək. Fineoya birbaşa qırmızı vərəqə verdilər ki, bu da düzgün qərar deyildi. Azlıqda qalmağımıza baxmayaraq, qol buraxmadıq".
R.Fərzəliyev bildirib ki, ikinci hissənin əvvəlində üstünlük onlarda idi: "Oyunumuzu düzəldə bildik, ancaq hakim ədalətsizliyi yenə sözünü dedi. Bu dəfə də meydanda azlıqda qaldıq. Təkcə Belçikaya qarşı deyil, həm də hakimlərə qarşı mübarizə apardıq. Uduzsaq da, rəsmi oyunlar ərəfəsində bu matçın bizə köməyi çox oldu. Ümid edirəm ki, Avropa çempionatında daha yaxşı çıxış edəcəyik”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı