Kaqavanın yeni klubu açıqlandı

Kaqavanın yeni klubu açıqlandı
DÜNYA FUTBOLU 10 Yanvar 2022 / 14:50 3237
-  A +

Yaponiya millisinin sabiq üzvü Şindzi Kaqavanın yeni klubu bəlli olub.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Belçikada davam etdirəcək. O, “Sent-Truden”ə keçib. Bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, karyerası ərzində Almaniyada "Borussiya" Dortmund, İngiltərədə "Mançester Yunayted", Türkiyədə "Beşiktaş" kimi klublarda da çıxış edən Kaqava son olaraq Yunanıstan PAOK-unda oynayıb.


Son xəbərlər
05.11.25  22:20

Kadi sıradan çıxdı

05.11.25  12:34

PSJ Dembeleni itirdi