Şotlandiyanın “Aberdin” klubunun futbolçusu Endryu Konsidayn Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıda keçirilən görüşündə zədələnməsindən danışıb.
Qol.az xəbər verir ki, şotlandiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında dizindən ağır zədə aldığını və bunu meydançanın qazonu ilə bağlı olduğunu bildirib:
“Xoşbəxtəm ki, karyeramda tez-tez zədə almamışam. Amma Bakıdakı görüşdə sol ayağımı qazona qoyanda və rəqib oyunçu sol çiynimin üstünə çıxanda dizimdə xırıltı səsi eşitdim. Ağrı dözülməz idi. Bunun ciddi zədə olduğunu dərhal anladım. Meydançanın durumu çox pis idi. Mən zədəni bununla əlaqələndirirəm.
Oyun bitəndə hava limanına getdik və bu, mənim üçün asan olmadı. Dizimdə sarğı var idi. Hava limanının işçiləri orada nəsə gizlətdiyimi düşündükləri üçün onu çıxarmağımı istədilər. Dedim ki, dizimi sındırmışam və onu çıxara bilmərəm”.
Edryu Konsidayn Bakıda zədələndiyi oyundan sonra meydana çıxmayıb və böyük ehtimlla mövsümün sonuna qədər oynaya bilməyəcək.
Xatırladaq ki, Bakıda “Aberdin”ə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Şotlandiyada rəqibini 3:1 hesabı ilə üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu