"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 7 -ci turunun "Liverpul"la oyun öncəsi rəqib komandanın baş məşqçisi Yurgen Klopp barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis alman çalışdırıcının ona çox kömək etdiyini deyib: "Onun komandaları daha güclü məşqçi olmağıma kömək etdi. Mənə başqa səviyyəyə yüksəltdi. Kloppun komandalarını məğlub etmək üçün daha yaxşı olmalı idim. Bu səbəbdən hələ də bu işlə məşğulam.
Sizi bir addım atmağa məcbur edən məşqçilər var. Yurgen də onlardan biridir. Almaniyada onun komandası ilə qarşılaşdım. Barselonada belə bir imkan yox idi. İngiltərədə də bir çox oyun keçirdik. Hər matç əla idi. Komandalarımızın ümumi fikirləri var, qol vurmağa hazırlaşırıq. Bizdən daha sürətlidirlər, amma qələbə qazanmaq üçün ortaq bir üslubumuz var".
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" qarşılaşması oktyabrın 3-ü keçiriləcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi