"Qarşı tərəfdə daim Ermənistan bayrağı açırsınızsa, tribunalarımızı təhrik edirsiniz. Amma rəqib fanatlar dayanmadan yunan bayrağı, erməni bayrağı açdılar, səs bombaları atdılar".
Bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim Fransada "Marsel"lə qolsuz heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyununda yaşananlarla bağlı danışarkən deyib.
69 yaşlı mütəxəssis "sarı-qırmızı"lı fanatların ürəkləri ilə komandaya dəstək olduğunu və onları tək buraxmadığını bildirib: "Bu, asan məsələ deyil. Haqlıdırlar. Böyük kütlənin içərisində ürəkləri ilə bizi yalqız qoymadılar. Qarşı tərəf səs bombaları atırdı. Onlar atdıqları üçün hər halda bizimkilər dayanmayacaqdı. Mən azarkeşlərimizdən sakit olmalarını istədim. Sağ olsunlar, xahişimə əməl etdilər".
Qeyd edək ki, görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.
Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib (report).
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi