“Mançester Yunayted” səhvən irqçilikdə ittiham olunan azarkeşindən üzr istəyib.
Qol.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Aprel ayında komandanın şimali irlandiyalı azarkeşi Rayan Butlerə kluba üzvlüyünə və bilet ala bilməsinə qadağa qoyulması ilə bağlı elektron məktub gəlib. Qadağaya səbəb kimi Butlerin sosial şəbəkələrdə təhqiramiz və irqçi ifadələr yazdığı göstərilib. “Qırmızı şeytanlar” azarkeşin ilk müraciətini rədd etsə də, ikinci araşdırmadan sonra məlum olub ki, həmin ifadələri işlədən şəxs Butler özü yox, onun soyadı ilə "Tvitt"er hesabı işlədən başqa bir şəxsdir. Ona görə də “Mançester Yunayted” yanlış ittihamlara görə azarkeşdən üzr istəyib.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda turnir cədvəlində 13 xalla 4-cüdür.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi