Qvardiola PSJ-nin hücumçularını necə dayandıracağını bilmir

Qvardiola PSJ-nin hücumçularını necə dayandıracağını bilmir
DÜNYA FUTBOLU 28 Sentyabr 2021 / 15:06 1697
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ ilə bugünkü oyun öncəsi Paris klubunun hücum xəttini xüsusi fərqləndirib.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: 

"Hücumda bu qədər güclü olan komandanı necə dayandıracağımızı bilmirəm. Rəqib çox yaxşıdır. Bu qədər istedada qarşı oynamaq çətindir. Top bizdə olmadıqda yaxşı müdafiə olunmalıyıq. PSJ-nin fərdi və kollektiv şəkildə nə qədər yaxşı olduqlarını bilə -bilə öz oyunumuzu oynamağa çalışacağıq".


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner