"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer İngiltərə Premyer Liqasının 5-ci turunda "Vest Hem"lə oyundan (2:1) sonra verdiyi açıqlaması ilə diqqət çəkib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz"a məğlubiyyətdən (1:2) sonra bir çox insanın onun istefası barədə düşündüyünü deyib: "Bəzi insanlar bir neçə gün əvvəl gələcəyimi müzakirə edirdilər və düşünürdülər ki, "Mançester Yunayted"dən qovulmaq üzrəyəm. Elə bir mühit yaranmışdı ki, sanki "Mançester Yunayted" üçün mövsüm bitmək üzrədir və mən işimi itirmişəm. Bunlara baxmayaraq, qələbəyə layiq idik.
Premyer Liqa titulunu qazanmaq asan hədəf deyil. Aprel və may aylarına çatanda nə olacağını görəcəyik. Bunun üçün daha yaxşı müdafiə olunmalıyıq".
Qeyd edək ki, Mançester təmsilçisi Premyer Liqada 13 xalla "Çelsi" və "Liverpul"la birgə 1-3-cü pillələri bölüşdürür.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?