"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo və PSJ-nin oyunçusu Lionel Messi dünən yeni klublarında növbəti oyunlarına çıxıblar.
Qol.az xəbər verir ki, portuqaliyalı hücumçunun komandası İngiltərə Premyer Liqasının 5-ci turunda "Vest Hem"ə 2:1 hesabı ilə qalib gəlib. 36 yaşlı oyunçu sözügedən matçda 1 qol vurub.
Argentinalı futbolçunun komandası isə Fransa çempionatının 6-cı turunda "Lion"u 2:1 hesabı ilə məğlub edib. Messinin bu qarşılaşmada əla qol imkanları olsa da, fərqlənə bilməyib. Onun zərbəsi 37 -ci dəqiqədə dirəyə dəyib. Lionel 76-cı dəqiqədə əvəzlənib.
Ronaldo "Mançester Yunayted"ə qayıtdıqdan sonra meydana çıxdığı 3 matçda 4 qol vurub. Messi isə yeni komandasında keçirdiyi 3 görüşün heç birində fərqlənə bilməyib.
Qeyd edək ki, "Qızıl top"u ən çox Messi qazanıb (6 dəfə). Onun ən yaxın izləyicisi Ronaldodur (5).
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?