"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 1 -ci turunda "Leyptsiq"lə matçdan (6:3) sonra azarkeşlərlə bağlı söylədiyi fikirlərin narazılıqla qarşılanmasına münasibət bildirib.
Qol.az xəbər verir ki, mütəxəssis görüşdən sonra tribunaların azarkeşlərin dolu olmasına diqqət çəkərək İngiltərə Premyer Liqasında "Sauthempton"la oyunda da çox azakeş görmək istədiyini bildirib.
Klubun rəsmi azarkeşlər birliyi Qvardiolanın fikirlərindən narazı qaldıqlarını, insanların axşam matçlarına çıxmasının asan olmadığını vurğulayıb.
Baş məşqçi bundan sonra növbəti açıqlama verib: "Azarkeşlərin dəstəyinə ehtiyacımız olduğu üçün onların stadionu doldurmalarını istəyirik. Neçə nəfərin gəldiyi önəmli deyil, 30 min, 40 min... Dəstəklərinə ehtiyacımız var. Azarkeşlər məni başa düşməlidirlər. Dürüst şəkildə söylədiklərimə görə üzr istəməyəcəyəm".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?