"Tottenhem"in ulduz futbolçularından Son Hın Min uşaqlıq vaxtlarını xatırlayıb.
Qol.az "Direct Soccer"ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi həmin dövrdə "Mançester Yunayted"ə azarkeşlik etdiyini deyib:
"Uşaq olanda "Mançester Yunayted"in fanatı idim. Çünki həmin vaxt Pak Ji Sun (həmyerlisi) bu komandada oynayırdı. O, milli qəhrəmandır. Koreyada Ji Sunun iki ürəyi olduğunu söyləyirlər. O mənim yaxşı dostumdur. Ji Sun Cənubi koreyalı oyunçulara ümid və şans verdi. Premyer Liqada ilk koreyalı olduğu üçün çətin anlar yaşadı. Mən əvvəllər "Mançester Yunayted"ə azarkeşlik edirdim. Amma indi bunu bacarmıram".
Qeyd edək ki, Pak Ji Sun 2005-2012-ci illərdə "qırmızı şeytanlar"da oynayıb.
Əlavə edək ki, Son Hın Min 2015-ci ildən "Tottenhem"in formasını geyinir. O, bu mövsüm çıxdığı 3 matçda 2 qol vurub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?