"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun Niderland millisində çıxış edən futbolçusu Vircil Van Deykə DÇ-2022-nin seçmə mərhələsində Türkiyə ilə matçdan (6:1) sonra zəng edib.
Qol.az xəbər verir ki, bu barədə alman mütəxəssis klubun saytına açıqlamasında deyib. Klopp sözügedən görüşdə zədələnən 30 yaşlı müdafiəçinin durumundan narahat olduğu üçün ona zəng etdiyini bildirib:
"Vircilin yaşadığı durum mənim üçün çox qorxuducu hadisə idi. Səbəbini təxmin edə bilərsiniz. Matçdan sonra ona yaxşı olub-olmadığı ilə bağlı mesaj göndərdim. Mənə yaxşı olduğunu söylədi. Ondan axsıyaraq gəzmədiyini göstərən video istədim. Mənə zəng edib, yaxşı olduğunu dedi. "O zaman niyə axsıyırsan?" dedim. "Həyat yoldaşım da sənin kimi hərəkət edir, amma yaxşıyam" söylədi".
Qeyd edək ki, Van Deyk daha əvvəl zədə səbəbindən 255 gün yaşıl meydanlardan uzaq qalmışdı.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?