Xames Rodriqes Türkiyə Superliqasında?

Xames Rodriqes Türkiyə Superliqasında?
DÜNYA FUTBOLU 5 Sentyabr 2021 / 12:28 7231
-  A +

"Everton"un yarımmüdafiəçisi Xames Rodriqes karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Başakşəhər" 30 yaşlı oyunçu ilə maraqlanır. Türkiyə klubunun 2021/22 mövsümünün sonuna qədər kolumbiyalı futbolçunu icarəyə götürməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, X.Rodriqes ötən mövsüm "Everton"da 26 oyuna çıxıb, 6 qol vurub və 9 qolun ötürməsini verib.


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır