Fransa millisində ciddi itki

Fransa millisində ciddi itki
DÜNYA FUTBOLU 2 Sentyabr 2021 / 13:29 2746
-  A +

Fransa millisinin futbolçusu Kilian Mbappe zədələnib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda Bosniya və Herseqovina ilə matçda (1:1) zədə alıb. Baldırında ağrılar hiss edən 22 yaşlı hücumçu ikinci hissənin əvvəli əvəzlənib.

Mbappe bu gün tibbi müayinədən keçəcək və onun zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.

Qeyd edək ki, Fransa DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu sentyabrın 4-ü səfərdə Ukraynaya qarşı keçirəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner