Messi PSJ-də debüt etdi

Messi PSJ-də debüt etdi
DÜNYA FUTBOLU 30 Avqust 2021 / 00:41 7529
-  A +

PSJ-nin yeni transferi Lionel Messi klubunda debüt edib.

Qol.az xəbər verir ki, o, ilk oyununa  Fransa çempionatının 4-cü turunda "Reyms"lə matçda çıxıb. Argentinalı hücumçu 66-cı dəqiqədə Neymarın əvəzinə meydana daxil olub.

Qeyd edək ki, sözügedən görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolun müəllifi Kilian Mbappe (16 və 63-cü dəqiqələr) olub. Bu qələbə ilə xalını 12-yə yüksəldən klub ilk pillədə qərarlaşıb.

Xatırladaq ki, Messi bu yay PSJ ilə müqavilə imzalayıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner