Mbappe iki təklifi də rədd etdi

Mbappe iki təklifi də rədd etdi
DÜNYA FUTBOLU 26 Avqust 2021 / 14:16 5295
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe klubunun yeni müqavilə ilə bağlı göndərdiyi iki təklifi rədd edib.

Qol.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, birinci təklif 5 illik olub. Ancaq fransalı oyunçu bunu çox uzun müddətli hesab edib. Yeni, daha az  müddətli -2024-cü ilin yayında başa çatacaq müqavilə bir neçə gün əvvəl təklif edilib. Ancaq 22 yaşlı futbolçu bu təklifi də müsbət cavablandırmayıb.

Xatırladaq, Mbappenin adı "Real"la hallanır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner