Fransa çempionatının 3-cü turunda ötən gecə keçirilən "Nitsa" - "Marsel" matçı yarımçıq qalıb.
Qol.az xəbər verir ki, oyun zamanı azarkeşlər kütləvi şəkildə meydançaya daxil olublar.
Hər şey matçın sonlarına yaxın "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılmasından sonra başlayıb. Payet butulkanı tribunaya geri atıb. Bundan qəzəblənən yerli azarkeşlər meydançaya giriblər. Nəticədə oyunçularla azarkeşlər arasında kütləvi dava baş verib. Davada "Marsel"in baş məşqçisi Xorxe Sampaoli də iştirak edib. Görüşün baş hakimi oyunu yarımçıq dayandırıb. Daha sonra isə qonaqların futbolçuları oyunu davam etdirmək istəməyiblər. Buna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilə bilər.
Qeyd edək ki, münaqişə baş verərkən "Nitsa" 1:0 hesabı ilə öndə olub.



Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?