"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun Madrid klubuna qayıtmasını istəyir.
Qol.az "El Chiringuito"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis portuqaliyalı oyunçunun mümkün qayıdışını müzakirə etmək üçün onun ətrafı ilə əlaqə saxlayıb.
Bildirilib ki, Ronaldonu geri qaytarmaq fikri təkcə Ançelotti deyil, həm də "Real"ın oyunçularının əksəriyyəti tərəfindən dəstəklənir. Ancaq "kral klubu"nun prezidenti Florentino Peres PSJ-dən Kilian Mbappenin transferinə üstünlük verir. Fransalı oyunçunun keçidi uğursuz olarsa, çox güman ki, Peres Ronaldonu geri qaytarmağı düşünəcək.
Qeyd edək ki, Ançelotti "Real"da işləyərkən 2013/2014 mövsümündə Ronaldo ilə birlikdə Çempionlar Liqasının qalibi olub.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi